“Atletiko” Levanı azad agent kimi transfer edəcək

"Barselona"nın forvardı Robert Levandovski gələn yay klubdan ayrılacaq.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir  ki, "Atletiko Madrid" 37 yaşlı futbolçunu azad agent kimi transfer edəcək.

Levandovski bu mövsüm meydana çıxdığı 9 matçda 4 qolla yadda qalıb.

Qeyd edək ki, təcrübəli oyunçunun dəyəri 10 milyon avrodur.