“Atletiko Madrid” “Ayntraxt”a qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilir.

Sportline.az xəbər verir ki, "Atletiko Madrid" "Vanda Metropolitano" stadionunda "Ayntraxt"la üz-üzə gələcək.

Dieqo Simeonin komandasında əsas itki Jose Ximenez və Xoni Kardosonun adı ilə bağlıdır.

"Ayntrax"da Rasmus Kristensen və Yessik Qankam zədə səbəbindən oyunu buraxmalı olacaq.

Qeyd edək ki, "Atletiko Madrid" - "Ayntraxt" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Matçın söz sahibi sloveniyalı hakim Slavko Vinçiç olacaq.