“Atletiko Madrid” Qallaher üçün göndərilən təklifi rədd etdi

“Mançester Yunayted” yanvar ayında Konnor Qallaheri icarə əsasında transfer etməyi düşünür.

Sportline.az xəbər verir ki, Madrid klubu bu təklifi rədd edib.

İnsayder Fabristio Romanonun məlumatına görə, İspaniya təmsilçi Qallaherin birdəfəlik satılmasına icazə verəcək.

İngiltərə millisinin üzvünün transfer qiyməti isə 26 milyon avrodur.

Qeyd edək ki, Qallaher “Atletiko”ya 2024-cü ilin yayında “Çelsi”dən 42 milyon avro qarşılığında transfer olunmuşdu.