"Atletiko Madrid"dən Kukurelya həmləsi
"Atletiko Madrid" "Çelsi"nin sol cinah müdafiəçisi Mark Kukurelyanı heyətinə qatmağı planlaşdırır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu gələn ilin yayında "Çelsi"yə rəsmi təklif göndərəcək.
27 yaşlı futbolçunun London klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Kukurelya "Barselona"nın yetirməsidir.