"Atletiko" PSV-yə, "Mançester Siti" "Dinamo"ya qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın daha iki cavab görüşü keçiriləcək. SportLine.az xəbər verir ki, oyunlardan biri İngiltərədə, digəri İspaniyada olacaq.

İlk oyunda rəqibini 3:1 hesabı ilə üstələyən "Mançester Siti" Kiyev "Dinamo"sunu doğma meydanda sınağa çəkəcək. 

Eyndhoven səfərindən qolsuz bərabərliklə qayıdan "Atletiko" isə PSV ilə cütün taleyini Madriddə həll etməlidir.

15 mart 2016
Çempionlar Liqası, 1/8 final (Cavab oyunları)


23:45. “Mançester Siti” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna) 
İlk oyun - 3:1 
  
23:45. “Atletiko” (Madrid, İspaniya) - PSV (Hollandiya)
İlk oyun - 0:0