"Atletiko" İbrahimoviçlə maraqlanır
Madrid "Atletiko"su Zlatan İbrahimoviçin xidmətində maraqlıdır. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, hazırda zədədən əziyyət çəkən futbolçu ilə danışıqlara başlayan La Liqa təmsilçisi növbəti mövsüm isveçli ulduzu heyətində görmək niyyətindədir.
"Mançester Yunayted"in yaxşı məbləğ müqabilində Z.İbrahimoviçi satmağa razı olacağı gözlənilir.
Qeyd edək ki, hücumçu ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində çıxdığı 46 oyunda 28 qolla yadda qalıb.