“Atletiko” xal itirdi

İspaniya Çempionatının 9-cu turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, “Atletiko Madrid” səfərdə “Real Sosyedad”la 1:1 hesablı heç-heçə  razılaşıb.

“Atletiko”da qolu 1-ci dəqiqədə Xuliyan Alvares vurub.

“Real Sosyedad” isə 84-cü Luka Suçiç fərqlənməklə komandasına 1 xal qazandırıb.

Qeyd edək ki, “Atletiko Madrid” 17 xalla 3-cü, “Real Sosyedad” isə 9 xalla 15-ci pillədə qərarlaşır.