“Atletiko”nun yeni hədəfi
“Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomeş “Atletiko Madrid”in transfer radarına düşüb.
Sportline.az “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu oyunçunun meneceri ilə əlaqə saxlayıb.
İngiltərə klubunun rəhbərliyi sözügedən futbolçu üçün ən azı 40 milyon avro tələb edir.
Qeyd edək ki, J.Qomeş Brazilya millisinində üzvüdür.