"Austriya" millimizin üzvü ilə vidalaşdı

Avstriyanın "Austriya" klubu U-21 millimizin üzvü Barış Ekincierlə vidalaşıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Bohum"a dönəcək.

"Austriya" bütün futbolçuların imzaladığı formanı Barış Ekincierə təqdim edib. O, oyunçularla vidalaşarkən, “Təəssüf ki, işlər istədiymiz kimi getmədi. Ancaq həmişə özümü komandada rahat hiss etmişən” – deyə, klu saytına bildirib.

Qeyd edək ki, Barış “Austriya”dan iyunun 1-də ayrılacaq. Onun "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.