Avro-2018: Azərbaycan - Fransa duelinin hakimləri müəyyənləşdi
Sloveniyada keçirilən futzal üzrə Avropa Çempionatında Azərbaycan millisi sabah ilk oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Fransa kollektivi olacaq.
Artıq qarşılaşmanın hakimləri müəyyənləşib. Görüş İtaliyadan olan briqadaya həvalə olunub. Angelo Qalante və Alessandro Malferə çexiyalı Ondrey Çerni kömək edəcək.
Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.