Azərbaycan millisi 1/4 finalda!

Sloveniyanın paytaxtı Lyublyana şəhərində futzal üzrə Avropa Çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gün yarışda 2-ci tura yekun vurulacaq.

Azərbaycan millisi də mübarizəyə bu gün qoşulub. İlk rəqib Fransa seçməsi olub. 

Matç komandamızın qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə Azərbaycan futzalçıları növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin ediblər.

Növbəti görüşdə İspaniya ilə qarşılaşacaq millimiz məğlub olmayacağı təqdirdə qrupda lider olacaq.

Günün digər görüşündə Rumıniya Ukrayna ilə münasibətləri aydınlaşdıracaq.


02 fevral 2018
Futzal, Avro-2018
2-ci tur

"D" qrupu

Fransa - Azərbaycan - 3:5 
QOLLAR:
Bolinya, 2:26 (0:1); N'Qala, 6:59 (1:1); Mohammed, 20:05 (2:1); Bolinya, 22:02 (2:2); Bolinya, 24:30 (2:3); Qallo, 28:56 (2:4); Eduardo, 37:09 (2:5); Muhidin, 39:33 (3:5)

Fransa: Camel Harun (Q) (K), Kevin Ramirez, Azdine Ayqun, Abdessamad Muhammed, Süheyl Muhudin

Kerrumi (Q), Duro, Belhaj, Bulaye Ba, Andrade, N'Qala, Alla, Kebe, Qasmi

Azərbaycan: Rövşən Hüseynli (Q), Bolinya, Fineo, Eduardo, Qallo

Emin Kürdov (Q), Samir Həmzəyev, İsa Atayev, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (K), Vassoura, Xətai Bağırov, Vitali Borisov, Namiq Məmmədkərimov

1. AZƏRBAYCAN 1 3
2. İspaniya 1 1
3. Fransa 1 1

"C" qrupu

Rumıniya - Ukrayna - 2:3

1. Portuqaliya 1 3
2. Ukrayna 1 3
3. Rumıniya 2 0