AVRO 2020: Azarkeşlər fəvvarəyə pivə töküb çimdilər

Şotlandiya yığmasının azarkeşləri Avropa çempionatında İngiltərə ilə II tur matçından əvvəl Londonda kütləvi gəzintiyə çıxıblar.

Sportline.az xəbər verir ki, fanatlar fəvvarənin yanına gələrək, onun ətrafında xorla oxuyublar. Bu an onlar suya pivə süzməyə başlayıblar. Nəticədə suda köpüklər əmələ gəlib.

Azarkeşlər həmin fəvvarədə çimiblər və bir-birilərini suya atıblar.

Qeyd edək ki, bu gün Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.