AVRO-2020: Danimarka və İtaliya 1/4 finalda
Bu gün futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi başlanır.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 görüş olacaq.
Günün ilk matçında Uels və Danimarka komandaları üz-üzə gələcək. Niderlandın paytaxtı Amsterdamın "Yohan Kroyf Arena"sında keçiriləcək görüşü almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək. Bu qarşılaşma azərbaycanlı futbolsevərlər üçün həm də ona görə maraq doğurur ki, cütün qalib 1/4 final oyunun Bakıda keçirəcək. Həmin komandanın rəqib isə Niderland - Çexiya duelindən qalib ayrılan milli olacaq. A qrupunun iki görüşünü paytaxtımızda keçirən Uels İsveçrə ilə 1:1 hesablı heç-heçənin ardınca Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlib.
Günün digər matçı da maraqla gözlənilir. Qrup mərhələsində kifayət qədər inamlı oyunla idiasını büruzə verən İtaliya millisi bu gün Avstriya ilə üz-üzə gələcək. Londonun "Uembli" stadionunda keçiriləck oyunun baş hakimi ingiltərəli Entoni Teylordur. Bu görüşdə qələbə çalan komanda 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Uels - Danimarka 0:4
Qollar: Dolberq, 27, 48, Mehle, 88, Breytveyt, 90+4
Baş hakim: Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"
23:00. İtaliya - Avstriya 2:1
Qollar: Kieza, 95, Pessina, 105, Kaladziç, 114
Baş hakim: Entoni Teylor
London, "Uembli" stadionu