AVRO-2020: Daha bir ölkə ev sahibliyini təsdiqlədi
Rumiya Futbol Federiyası da, AVRO-2020 oyunlarını qəbul etmək üçün UEFA-ya təminat məktubu göndərib.
Sportline.az xəbər verir ki, rumınlar, Avropa çempionatına ev sahibliyini yenidən təsdiqləmək məqsədi ilə, 24 zəruri zəmanət məktubunu təqdim edib.
Qeyd edək ki, AVRO-2020-nin C qrupunun 3 oyunu və 1/8 finalın bir qarşılaşması Rumıniyanın ən böyük arenası olan Milli Stadionda keçiriləcək.
Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.
UEFA mayın 27-də keçirməli olduğu İcraiyyə Komitəsinin iclasını İngiltərənin paytaxtı Londonun Avropa çempionatı üçün hələ təşkilati təminat verməməsi səbəbindən təxirə salıb.