AVRO-2020 ilə bağlı suallar yaranıb

UEFA prezidenti Aleksander Çeferin "beIN Sports"a müsahibəsində, koronavirusa görə 2021-ci ilə təxirə salınan Avro-2020 ilə bağlı danışıb.
 
Sportline.az xəbər verir ki, sloveniyalı funksioner qitə çempionatını planlaşdırıldığı kimi, 12 şəhərdə keçirmək niyyətində olduqlarını qeyd edib:
 
"Prinsip etibarı ilə fikir eyni olaraq qalır: turniri 12 şəhərdə keçirmək. Artıq onlardan 9-u ilə hər şey razılaşdırılıb. Digər üç şəhərlə bağlı müəyyən suallar var ki, hazırda onları müzakirə edirik. Çempionatı 12 şəhərdə keçirmək alınmasa, 10, 9 və ya 8 şəhər variantlarından birinə üstünlük verəcəyik".
 
Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər sırasında Bakı da var. AFFA rəhbərliyi turniri keçirməyə hazır olduqlarına dair təsdiq məktubunu artıq UEFA-ya göndərib. Roma, Bilbao və Münhen şəhərləri ilə bağlı müəyyən problemlərin olduğu bildirilir.