AVRO-2020: İngiltərə qrup birincisi oldu, Xorvatiya və Çexiya 1/8 finalda

Avro-2020-nin qrup mərhələsi davam edir.

Sportline.az xəbər verir ki, 12-ci oyun günündə 3-cü turun 2 matçı keçirilib.

D qrupunda Çexiya İngiltərə ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. İngiltərə bu qələbə ilə xalını 7-yə yüksəldib və qrup 1-cisi olub.  Xorvatiya isə Şotlandiya ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn Xorvatiya 4 xalla Çexiyanı top fərqində qabaqlayaraq 1/8 finala yüksəlib.

Çexiya isə qrupu 3-cü pillədə tamamlayıb. Buna baxmayaraq, Çexiya millisi də qruplarında üçüncü yeri tutan Ukrayna və Finlandiya yığmalarından daha çox xal topladığı üçün turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, İngiltərə 1/8 finalda F qrupunun 2-cisi, Xorvatiya E qrupunun 2-cisi, Çexiya isə Niderland, Belçika və ya E qrupunun qalibi ilə qarşılaşacaq.

Avro-2020, 3-cü tur

D qrupu

23:00. Çexiya - İngiltərə - 0:1
Qol:
 Sterlinq, 12
Baş hakim: Artur Diaş (Portuqaliya)
London. "Uembli" stadionu

 

23:00. Xorvatiya - Şotlandiya - 3:1
Qollar:
 Vlaşiç, 17 (1:0), Makqreqor, 42 (1:1), Modriç, 62 (2:1), Perişiç, 77 (3:1)
Baş hakim: Fernando Rapallini
Qlazqo. "Hempden Park" stadionu
 

1

İngiltərə

3

2

1

0

2

0

7

2

Xorvatiya

3

1

1

1

4

3

4

3

Çexiya

3

1

1

1

3

2

4

4

Şotlandiya

3

0

1

2

1

5

1