AVRO 2020: Millidə koronavirus

Futbol üzrə Avropa çempionatında iştirak edən Slovakiya millisində koronavirusa yoluxma halı aşkarlanıb.

Sportline.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Ştefan Tarkoviç açıqlayıb.

48 yaşlı mütəxəssisin sözlərinə görə, komandanın yarımmüdafiəçisi Denis Vavrodan götürülmüş analiz nəticəsi müsbət çıxıb. Onunla yanaşı, millinin nümayəndələrindən biri də infeksiyaya yoluxub.

Qeyd edək ki, E qrupundakı ilk oyunda Polşa yığmasını 2:1 hesabı ilə məğlub edən Slovakiya seçməsi növbəti matçını sabah İsveçə qarşı keçirəcək.