AVRO 2020: Mühafizəçi Ronaldunu tanımadı, akkreditasiya tələb etdi
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Avropa çempionatının F qrupunun Macarıstanla oyunundan öncə kuryoz hadisə ilə üzləşib.
Sportline.az xəbər verir ki, 36 yaşlı ulduz futbolçu stadiona daxil olarkən mühafizəçi onu tanımayıb və hücumçudan akkreditasiyasını göstərməsini tələb edib.
Təcrübəli forvard yalnız buraxılış vərəqəsini təqdim etdikdən sonra onun arenaya girişinə icazə verilib.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilmiş görüş portuqaliyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan ikisini Kriştianu Ronaldu vurub.