AVRO-2020: Rusiya yığmasının təcrübəli futbolçusu heyətdən çıxarıldı

Avropa çempionatının B qrupunda mübarizə aparan Rusiya millisinin futbolçusu Yuri Jirkov heyətdən çıxarılıb.

Sportline.az xəbər verir ki, buna 38 yaşlı müdafiəçinin zədələnməsi səbəb olub.

Təcrübəli oyunçunun zədəsi ağır olduğundan məşqçilər korpusu onun növbəti oyunlarda iştirakını məqsədəuyğun hesab etməyib.

Jirkov Belçikaya 0:3 hesabı ilə uduzduqları qrupun ilk matçında bud əzələsindən xəsarət alıb. O, Moskvadakı klinikalardan birində reabilitasiyaya başlayacaq.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-də başa çatacaq.