AVRO 2020: Xorvatiya şokda

Xorvatiya milli komandasının aparıcı futbolçularından olan İvan Perişiç koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Perişiçin koronavirus testi müsbət nəticələnib.

32 yaşlı hücumçu Xorvatiya millisinin AÇ-2020-nin 1/8 final mərhələsinin İspaniyaya ilə oyununda iştirak edə bilməyəcək.