AVRO-2020-yə bilet alanlara xəbər

AÇ-2020-nin final mərhələsinin oyunlarına bilet əldə edən azarkeşlər, pullarını geri ala biləcəklər.
 
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunun üçün xüsusi portal yaradılıb.

 

Daha əvvəl alınan biletlərin 2021-ci ildə keçiriləcək turnir üçün etibarlı olacağı vurğulanıb. Amma hər şeyə dəqiq təqvimin aydınlıq gəlməsindən sonra qərar veriləcək. İstənilən halda AÇ-2020-nin oyunlarına bilet almaq fikrindən daşınan şəxslər isə artıq indidən öz pullarını geri ala biləcəklər.

 
Qeyd edək ki, bu il keçirilməli olan Avropa çempionatı 2021-ci ilin 11 iyun-11 iyuluna təxirə salınıb. AÇ-2020-də A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya millisinin iştirakı ilə nəzərdə tutulub.