AVRO-2024: Huşunu itirən futbolçunun son durumu
Macarıstan millisinin futbolçusu Barnabaş Varqa xəstəxanadan çıxıb.
Sportline.az xəbər verir ki, bu haqda Macarıstan Futbol Federasiyası X sosial şəbəkəsində məlumat yayıb.
Onun Macarıstandakı evində bərpa prosesi keçdiyi bildirilir.
Qeyd edək ki, Varqa 3-cü turun Şotlandiya ilə oyununda rəqib qapıçı Aqnus Qannla toqquşma nəticəsində huşunu itirmişdi.
Beyin silkələnməsi keçirən futbolçunun üz sümüklərində qırıqlar da aşkarlanmışdı.