AVRO-2024: İngiltərə pley-offa lider kimi adladı

Avro-2024-ün C qrupunda mübarizəyə yekun vurulub.

Sportline.az xəbər verir ki, bu gecəki oyunlarda İngiltərə Sloveniya ilə, Danimarka isə Serbiya ilə heç-heçə edib.

5 xal toplayan İngiltərə seçməsi qrup mərhələsini lider kimi adlayıb. 

Hərəyə 3 xalı olan Danimarka və Sloveniya 2-3-cü yerləri bölüşüb. Serbiya millisi 2 xalla qrup sonuncusu olub.

İngiltərə - Sloveniya 0:0

Danimarka - Serbiya 0:0