AVRO-2024: Türkiyə millisinin qrupdan çıxma imkanları
Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulur.
Sportline.az xəbər verir ki, F kvartetində yer alan Türkiyə millisinin pley-offa adlamaq imkanları var.
Bu gün Hamburqda Çexiya seçməsi ilə qarşılaşacaq Montellanın komandası heç-heçə sayəsində də adını növbəti mərhələyə yazdıra bilər.
"Ay-ulduzlular" məğlub olsalar, 3-cü pillədə qərarlaşacaqlar.
Bunun üçün Portuqaliya Gürcüstana uduzmamalıdır.
Qeyd edək ki, son tur ərəfəsində Türkiyə millisinin aktivində 3 xal var.