Avrokuboklarda mövsüm tamamlanacaq

UEFA prezidenti Aleksander Çeferin, avrokubokların taleyinə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, o, "beIN Sports"a  açıqlamasında mövsümü tamamlayacaqlarını bildirib:

"Avrokuboklarda mövsümün başa çatdırılması üçün konkret planımız var. UEFA İcraiyyə Komitəsi tarixləri təsdiqləyənə qədər gözləməliyik. Ancaq hər şey belə davam etsə, mövsüm avqustda başa çatdırılacaq. Liqalar isə ayrı məsələdir və necə hərəkət edəcəklərinə özləri qərar verəcəklər. 80 faizinin mövsümü başa vuracağına inanıram".

Qrum rəhbəri Çempionlar Liqası və Avroliqanın 2020/2021 mövsümünün əvvəlki kimi qalacağını söyləyib: "Təqvim çox sıx  olsa da, dəyişiklik etməyə yerimiz yoxdur. Təqvim əvvəlki kimi qalacaq. Ola bilsin, tarixlərdə bir-iki günlük fərq olsun".

Qeyd edək ki, daha əvvəl UEFA-nın martda dayandırılmış 2019/2020 avrokubok mövsümünü avqustun sonlarınadək başa vuracağı bildirilib.