Avroliqa: "Fənərbağça" ilə "Real" məğlub oldu

Basketbol üzrə Avroliqa turnirində finalçılar müəyyənləşib.

Sportline.az xəbər verir ki, Avroliqanın yarımfinal görüşləri olub.

 Türkiyə derbisində “Fənərbağça” və “Anadolu Efes” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk periodunda “sarı-lacivərdlilər” qələbə qazanıblar: 20-19. Ruhdan düşməyən “Anadolu Efes” kollektivi böyük fasiləyədək üstünlüyü ələ alıb: 45-40. 3-cü və 4-cü periodlarda da təşəbbüsü əldən verməyən komanda yekunda qələbəyə sevinib: 92-73. Bununla da “Anadolu Efes” finala yüksəlib.

Yarımfinalın digər görüşündə isə ÇSKA Moskva “Real” Madridlə mübarizə aparıb. İlk period İspaniya komandasının qələbəsi ilə bitib: 22-18. 2-ci hissədə təşəbbüsü ələ alan Rusiya təmsilçisi böyük fasiləyədək fərqi azaldıb: 43-45. 3-cü periodda Madrid klubu yenidən üstünlüyə yiyələnib: 73-65. Sonuncu hissədə rəqibini 13 xal fərqlə məğlub edən Moskva kollektivi finala yüksəlib: 95-90. ÇSKA finalda “Anadolu Efes” komandası ilə qarşılaşacaq. “Real” Madrid isə 3-cü yer uğrunda “Fənərbağça” ilə üz-üzə gələcək.