Avroliqa: "Qəbələ" I təsnifat mərhələsindən azad edildi
UEFA Avropa Liqasının təsnifat mərhələsinə müəyyən dəyişikliklər tətbiq edib. SportLine.az xəbər verir ki, yeni qərarlar Azərbaycan təmsilçilərinə də təsirsiz ötüşməyib.
Yeni qərara əsasən, UEFA klub reytinqində 25 və 26-cı yerdə qərarlaşan ölkələrin kubok sahibləri mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. 26-cı pillədəki Azərbaycanı yarışda kubokun finalçısı təmsil edəcək "Qəbələ" də ilk mərhələdən azad olunub.