Avroliqa: "Real" "dördlər finalı"nda

Basketbol üzrə Avroliqa yarışında pley-off görüşləri davam edir.

Sportline.az xəbər verir ki, “Real” (Madrid) Yunanıstanda “Panatinaikos”un qonağı olub. İspaniyada keçirilən hər 2 görüşdə rəqibinə qalib gələn Kral klubu görüşə yaxşı başlayıb. İlk periodu 5 xal öndə başa vuran “Real” basketbolçuları 2-ci hissədə nisbətən zəif çıxış ediblər. Nəticədə meydan sahibləri fasiləyə 5 xal fərqlə öndə yollanıblar.

Amma sonrakı 2 hissədə qonaqlar yenidən təşəbbüsü ələ alıblar. Xüsusilə Fakundo Kampatsonun inamlı oyunu “Real”a 89:82 hesablı qələbə qazandırıb. Argentinalı basketbolçu 16 xal və 10 məshuldar ötürmə ilə qarşılamanın qəhrəmanı olub. Beləliklə, seriyada 3-cü qələbəsini qazanan “Real” “dördlər finalı”na vəsiqə qazanan ilk komanda olub. Xatırladaq ki, “dördlər finalı” mayın 17-dən 19-dək İspaniyada olacaq.