Avroliqa: Turun rəmzi "11-liy"i müəyyənləşdi

Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun rəmzi komandası açıqlanıb. SportLine.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə müəyyən edilən "11-lik"də bu futbolçular yer alıblar:

Qapıçı: Nenad Eriç ("Astana")

Müdafiəçilər: Sotirios Papagiannopulos ("Ostersun”), Marin Aniçiç ("Astana"), Matye Debyuşi ("Arsenal"), Mikola Morozyuk ("Dinamo", Kiyev)

Yarımmüdafiəçilər: Raul Qarsiya ("Atletik"), Cek Uilşir, Teo Uolkott (hər ikisi "Arsenal"), Ademola Lukman ("Everton")

Hücumçular: Arits Aduriz ("Atletik"), Junior Moraeş ("Dinamo", Kiyev).