Avroliqa: Yarımfinalçılar kim olacaq?
Bu gün UEFA Avropa Liqasında 1/4 finala yekun vurulacaq.
Sportline.az xəbər verir ki, bununlada bütün yarımfinalçıların adına aydınlıq gələcək.
1/4 final mərhələsinin cavab qarşılaşmalarının hamısı eyni gündə keçiriləcək.
"Selta" "Frayburq"u, "Betis" "Braqa"nı qəbul edəcək. "Nottinqem Forest" "Portu" ilə, "Aston Villa" isə "Bolonya" ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası, 1/4 final mərhələsi, cavab oyunları
16 aprel
20:45. "Selta" (İspaniya) – "Frayburq" (Almaniya)
İlk oyun – 0:3
23:00. "Betis" (İspaniya) – "Braqa" (Portuqaliya)
İlk oyun – 1:1
23:00. "Nottinqem Forest" (İngiltərə) – "Portu" (Portuqaliya)
İlk oyun – 1:1
23:00. "Aston Villa" (İngiltərə) – "Bolonya" (İtaliya)
İlk oyun – 3:1