Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi
Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusu müəyyənləşib.
SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu nominasiyada "Fənərbaxça"nın hücumçusu Mussa Sou bütün rəqiblərini qabaqlayıb.
O, azarkeşlər arasında keçirilən sorğuda 58 faiz səs toplayıb.
Qeyd edək ki, M.Sou "Feyenoord"la görüşdə komandasının qələbə qolunu vurub.