Avroliqanın oyunu təxirə salındı

Avropa Liqasının 1/16 final mərhələsinin bu günə təyin olunan "Zalsburq" -  "Ayntraxt" görüşü təxirə salınıb.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Fırtına xəbərdarlığına görə oyun baş tutmayacaq. Görüşün nə vaxt keçirilməsi haqda xəbər verillməyib. 

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.