Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələdə ilk oyununa çıxacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gələcək.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də meydan sahibləri ilə qarşılaşacaq.