Avropa Çempionatı: Azərbaycan millisinin oyunlarının təqvimi
Yanvarın 30-da futzal üzrə Avropa Çempionatı start götürəcək. SportLine.az xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi "D" qrupunda mübarizə aparacaq. Seçməmiz növbəti mərhələyə vəsiqə uğrunda İspaniya və Fransa ilə mübarizə aparacaq.
1. | İspaniya |
2. | Azərbaycan |
3. | Fransa |
Joze Alesionun komandası ilk görüşünə fevralın 2-də çıxacaq. "D" qrupunun təqvimi isə belədir:
FUTZAL, Avro-2018
Qrup mərhələsi
"D" qrupu
31 yanvar 2018 / 1-ci tur
23:45. İspaniya - Fransa
02 fevral / 2-ci tur
21:00. Fransa - Azərbaycan
04 fevral / 3-cü tur
23:45. Azərbaycan - İspaniya
Digər qruplarda isə bu komandalar mübarizə aparacaq:
"A" qrupu
1. | İtaliya |
2. | Serbiya |
3. | Sloveniya |
"B" qrupu
1. | Qazaxıstan |
2. | Polşa |
3. | Rusiya |
"C" qrupu
1. | Portuqaliya |
2. | Rumıniya |
3. | Ukrayna |
Qeyd edək ki, qitə birinciliyinə fevralın 10-da yekun vurulacaq.