Avropa çempionatı: Azərbaycanın futzal millisi ilk oyunda məğlub olub
Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.
Sportline.az məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda Gürcüstan seçməsi ilə üz-üzə gəlib.
Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşma Azərbaycan yığmasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandanın hər iki qolunu Rafael Vilela vurub.
Bu qrupun digər matçında İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək.
Avropa çempionatı
D qrupu, I tur
22 yanvar
Gürcüstan - Azərbaycan - 3:2
Qol: Elisandro 9'31; Sebiskveradze 26'54''; Thales 31'30'' (p) - Rafael Vilela, 5'14''; 6'26''
Baş hakim: Sedrik Pelisye (Fransa)
Qroningen. "Martini Plaza".
Qeyd edək ki, Azərbaycan millisi ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.