Avropa çempionatında daha 3 medal

Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Sportline.az xəbər verir ki, yarışın ikinci günündə seçmə komandamız daha 3 medal qazanıb. Hacımurad Ömərov (70 kq) qızıl, Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub. Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. O, həlledici görüşdə Rusiya təmsilçisini də üstələyərək, Avropa çempionu adını qazanıb. Beləliklə, sərbəst gülə.çilərimiz  Avropa çempionatının ilk iki gününü 2 qızıl və 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanmışdı.