Avropa çempionatının Bakıdakı püşkatmasının yeri dəqiqləşdi

17 yaşadək futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi məkan dəqiqləşib. SportLine.az xəbər verir ki, aprelin 8-dəki tədbir Bakı Olimpiya Stadionunda baş tutacaq.

Püşkatma mərasimində AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər. Tədbirə giriş dəvətnamə ilə olacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalında püşkatmanı televiziya vasitəsilə canlı izləmək üçün KİV nümayəndələrinə şərait yaradılacaq. Püşkatmadan sonra turnirin UEFA və Yerli Təşkilat Komitəsinin rəhbərlərinin, çempionatda çıxış edəcək komandaların nümayəndələrinin iştirakı ilə brifinq təşkil olunacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalı  saat 11:30-dan etibarən KİV nümayəndələrinin ixtiyarına veriləcək.

Mənbə: affa.az