Avropa Liqası: “Aston Villa” səfərdə “Nottingem”lə qarşılaşacaq

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, “Aston Villa” səfərdə “Nottingem Forest”lə üz-üzə gələcək.

Birmingem təmsilçisi bu mərhələyə qədər “Lill” və “Bolonya” klublarını mübarizədən kənarlaşdırıb.

“Nottingem” isə “Fənərbağça” və “Porto” üstün olub.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində itkilərin sayı kifayət qədərdir. Con Viktor, Murillo, Nikolo Savona, Villi Boli və Kallum Hodson-Odoi zədəlidir.

Unay Emerinin komandasında isə Boubakar Kamara və Alysson Edvard zədədən əziyyət çəkir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək görüşü portuqaliyalı hakim Joao Pinhero idarə edəcək.