Avropa Liqası: "Bolonya" - "Roma"
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilir.
Sportline.az xəbər verir ki, yarışın əsas favoritlərin sırasında göstərilən "Roma" səfərdə "Bolonya" ilə üz-üzə gələcək.
Meydan sahibləri bu görüşə optimal heyətlə çıxacaq.
Paytaxt klubunda isə itkilərin sayı kifayət qədərdir. Matias Soule, Artem Dobvik, Evan Fergüson, Paulo Dibala zədə, Cianluka Mançini isə cəza səbəbindən komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Bolonya" - "Roma" matçı bu gün Bakı vaxtı ilə saat 21:45-də başlanacaq. Görüşdə söz sahibi almaniyalı hakim Sven Yablonski olacaq.