Avropa Liqası final: "Aston Villa" "Frayburq"a qarşı

Bu gün Avropa Liqasında final görüşü keçiriləcək.

Sportline.az xəbər verir ki, həlledici qarşılaşmada "Aston Villa" "Frayburq"la üz-üzə gələcək.

Birmingem təmsilçisi finala qədər "Lill", "Bolonya" və "Nottingem" kimi komandaları üstələməyi bacarıb. 

"Frayburq" isə "Genk, "Selta" və "Braqa"dan üstün olub.

Heyətlərə nəzər saldıqda Almaniya klubunda əsas itki Patrik Osterheyc və Daniel-Kofi Kyerehin adı ilə bağlıdır.

Unay Emerinin komandasında isə Amadu Onana, Boubakar Kamara və Alysson Edvard zədədən əziyyət çəkir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü fransalı hakim Fransua Leteksiye idarə edəcək.

Xatırladaq ki, "Aston Villa" - "Frayburq" matçı İstanbulda keçiriləcək.