Avropa Liqası: "Qarabağ"ın futbolçusunun qolu həftənin ən yaxşısı seçilib
"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Cinah oyunçusunun dəqiq zərbəsi azarkeşlərin səsverməsindən sonra birinci olub.
Liqa mərhələsinin IV turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgün idi.
Qeyd edək ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.