Avropa Liqasında 1/8 final başlayır
Bu gün Avropa Liqasında 1/8 final mərhələsi start götürəcək.
Sportline.az xəbər verir ki, ilk oyunların hamısı eyni günə nəzərdə tutulub.
"Aston Villa" "Lill"in qonağı olacaq. "Nottinqem Forest" "Midtyulland"ı qəbul edəcək.
Həmçinin bu mərhələdə 2 İtaliya təmsilçisi üz-üzə gələcək. "Bolonya" "Roma" ilə qarşılaşacaq.
1/8 finalın cavab görüşləri 1 həftə sonra oynanılacaq.
UEFA Avropa Liqası, 1/8 final, ilk oyunlar
12 mart
21:45. "Lill" (Fransa) – "Aston Villa" (İngiltərə)
21:45. "Ştutqart" (Almaniya) – "Portu" (Portuqaliya)
21:45. "Bolonya" (İtaliya) – "Roma" (İtaliya)
21:45. "Panatinaikos" (Yunanıstan) – "Betis" (İspaniya)
00:00. "Selta" (İspaniya) – "Lion" (Fransa)
00:00. "Nottinqem Forest" (İngiltərə) – "Midtyulland" (Danimarka)
00:00. "Genk (Belçika) – "Frayburq" (Almaniya)
00:00. "Ferentsvaroş" (Macarıstan) – "Braqa" (Portuqaliya)