Avropa Liqasında final günü

Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq.

Sportline.az xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək.

İstanbuldakı "Beşiktaş Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, "Frayburq" avrokuboklarda hər hansı titula sahib deyil. "Aston Villa" isə 1981/82 mövsümündə Avropa kubokunu (indiki Çempionlar Liqası) və UEFA Superkubokunu qazanıb. 

20 may

Avropa Liqası
Final

23:00 "Frayburq" (Almaniya) – "Aston Villa" (İngiltərə)

İstanbul. "Beşiktaş Park"