Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyunlarından sonra "Vulverhempton"un hücumçusu Dioqu Jota, Almaniya "Ayntraxt"ının (Frankfurt) yarımmüdafiəçisi Daiçi Kamada, Portuqaliya "Sportinq"inin forvardı Lusiano Vyetto və Şotlandiyanın "Reyncers" komandasının yarımmüdafiəçisi Yanis Haci bu ada iddialıdır.

Jota evdə İspaniya "Espanyol"unu 4:0 hesabı ilə məğlub etdikləri görüşdə het-trik edib. Kamada da Zaltsburq"a (Avstriya) qalib gəldikləri (4:1) matçda rəqib qapısına üç qol vurub. 

Haci Portuqaliya "Braqa"sını üstələdikləri (3:2) oyunda iki qola imza atıb, Vyetto isə Türkiyə təmsilçisi "Başakşehir"i məğlub etdikləri (3:1) matçda fərqlənib.

Səsvermə UEFA-nın rəsmi saytı vasitəsilə aparılır.