Avropa Liqasında püşkatma günü
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Sportline.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbirdə Avropa Liqasının püşkətma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Liqa mərhələsinin ilk 8-likdə başa vuranlar: "Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Frayburq" (Almaniya), "Roma" (İtaliya).
Pley-off mərhələsinin qalibləri: "Genk" (Belçika), "Bolonya" (İtaliya), "Ştutqart" (Almaniya), "Ferentsvaroş" (Macarıstan), "Nottinqem Forest" (Almaniya), "Selta" (İspaniya), "Lill" (Fransa), "Panatinaikos" (Yunanıstan).

Qeyd edək ki, bu mərhələnin oyunları martın 12-si və 19-da keçiriləcək.