Avropa Liqasının bərpa tarixi açıqlandı

İspaniyanın “Xetafe” klubunun prezidenti Anhel Torres UEFA Avropa Liqası ilə bağlı danışıb.

Sportline.az xəbər verir ki, o, qitənin ikinci ən nüfuzlu klub turnirinin avqustun 2-də və ya 3-də bərpa olunacağını açıqlayıb.

Klub prezidenti, İtaliya “İnter”i ilə 1/8 final matçının, boş tribunalar önündə keçirəcəklərini bildirib.

Qeyd edək ki, UEFA avrokubok oyunlarını martın 13-də dayandırıb