Avropa Liqasının qalibi Bakıda müəyyənləşəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasının final mərhələsindəki oyunların tarixi dəqiqləşib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, yarımfinalda Yunanıstan yığmasını məğlub edən Faiq Qarayevin yetirmələri Slovakiya ilə ilk qarşılaşmanı səfərdə keçirəcəklər.

Oyun iyunun 30-na təsadüf edəcək. Cavab matçı isə iyulun 3-də Bakıda olacaq. Bu isə o deməkdi ki, Avropa Liqasının kuboku Azərbaycanda öz sahibini tapacaq.

Qeyd edək ki, hələlik görüşlərin başlama saatı açıqlanmayıb.