Avropa Liqasının qalibi müəyyənləşdi
UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.
Sportline.az xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gəlib.
İstanbuldakı "Beşiktaş Park" stadionunda keçirilən oyun "Aston Villa"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu "Aston Villa"nın Avropa Liqasında ilk tituludur. İngiltərə klubu 1981/82 mövsümündə Avropa kubokunu (indiki Çempionlar Liqası) və UEFA Superkubokunu qazanıb. Beləliklə, Birmingem təmsilçisi 44 ildən sonra yenidən avrokuboklarda titul əldə edib. "Aston Villa"nın baş məşqçisi Unay Emeri isə 5-ci dəfə Avropa Liqasının qalibi olub.
20 may
Avropa Liqası
Final
23:00 "Frayburq" (Almaniya) – "Aston Villa" (İngiltərə) - 0:3
Qollar: Tilemans, 41, Buendia, 45+3, Rocers, 53
İstanbul. "Beşiktaş Park"