Avropa nəhəngləri Kenan Yıldızı transfer etmək istəyir

“Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldız Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Liverpul”, “Arsenal” və “Çelsi” 20 yaşlı sol cinah vingerini transfer etmək üçün yarışa girib.

K.Yıldızın “Yuventus”la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm meydana çıxdığı 17 matçda 6 qol, 6 asistlə yadda qalıb.