Avropa Oyunlarının ilk mükafatçıları müəyyənləşdi

“Minsk 2019” II Avropa Oyunlarında ilk mükafatçılar müəyyənləşib.

Sportline.az xəbər verir ki, ilk medallar güllə atıcılarının 10 metr məsafədən pnevmatik tapança qarışıq komanda yarışında bəlli olub. Rusiyalılar Vitalina Batsaraşkina və Artyom Çernousov qızıl medala sahib çıxıblar. Onlar finalda Serbiya komandasını məğlub ediblər.

Almaniya kollektivi isə 3-cü olub.

Qeyd edək ki, bu yarışda iştirak edən Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komanda təsnifatda 19-cu olub və finala yüksələ bilməyib.